AUT.AZ

Onun ağlasığmaz əmlakı: İsveçrədən Dubaya qədər – VİDEO/FOTO

Rocer Federer adı tennis sözünün sinonimidir. Onun iyirmi ildən çox davam edən parlaq karyerası ötən il başa çatıb.

103 titul qazanan isveçrəli raketka ustası dünyanın ən titullu idmançılarından biridir. Rocerin uğurları “Rolex”, “Lindt” və “Uniqlo” kimi məşhur brendlərin marağına səbəb olub. Hazırda idmançının sərvəti 550 milyon dollar qiymətləndirilir.

Rocer Federer pulu nəyə xərcləyir? O, daşınmaz əmlaka yatırım etməyi sevir. Vollerau şəhərində yerləşən ev 6 nəfərdən ibarət olan Federer ailəsinin əsas məskənidir. Rocer 1,5 hektar ərazidə yerləşən villanı tikmək üçün təxminən 8,1 milyon dollar xərcləyib. Üçmərtəbəli ev Cenevrə gölünün yaxınlığında yerləşir. Döşəmədən tavana qədər şüşəli, göl və şəhər mənzərəli malikanə müasir üslubda inşa edilib. Evdə, həmçinin, üzgüçülük hovuzu, idman zalı və Rocerin avtomobillərinin kolleksiyasını yerləşdirmək üçün yeraltı qaraj var.

2011-ci ildə İsveçrənin Herrliberq şəhərində Sürix gölünə və Alp dağlarına mənzərəsi olan 5800 kvadratmetr torpaq sahəsi alıb. Əfsanəvi tennisçi həmin əraziyə sahib olmaq üçün 30 milyon dollar ödəyib. 10 ildir boş qalan yerdə Federerin ev tikəcəyi güman edilirdi. Ancaq fərqli qərar verib. Rocer həmin torpağı 35 milyon dollara satmaq istəyir.

2012-ci ildə Federer “Le Reve” göydələnindəki Dubay penthausdan mənzil alıb. O, buna görə 23 milyon dollar xərcləyib. Dubayın məşhur marinasına və “Burc Xəlifə”yə mənzərəsi olan evin 5 yataq otağı var. 90 mənzili olan göydələn ən unikal imkanlara malikdir. Sakinlər bir düyməyə toxunmaqla şəxsi təyyarə və ya helikopter çağıra bilərlər.

Pentxausda bir sıra xidmətlər, şəxsi terras, sərt ağac döşəmələri var. Göydələnin ən hündür nöqtəsində tennis kortu yerləşir. Federer ailəsi, adətən qış fəslini burada keçirir.

Heybət

Exit mobile version