AUT.AZ

Musa Qurbanlı İtaliyanın məşhur klubunun transfer siyahısında

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı gündəmdən güşmək bilmir.

Auta.az xəbər verir ki, aprelin 13-də 21 yaşını qeyd edəcək futbolçu bu dəfə İtaliyanın köklü klublarından birini hədəfinə düşüb. Söhbət “Torino”dan gedir. Bu barədə “footballnews24.it” məlumat yayıb.

Bildirlir ki, Musa A seriyası klubunun idman direktoru Davide Vaqnatın transfer siyahısında yer alıb. Qeyd olunub ki, gənc futbolçu axtarışında olan “Torino” “Qarabağ”ın bombardirini heyətinə qatmaqda maraqlıdır. Bu bölgədən olan Xviça Kvaratsxeliyanın “Napoli”də parlamasından sonra Vaqnat Musaya böyük ümidlərlə yanaşır.

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm “Qarabağ” formasıyla ümumilikdə 30 oyun keçirib və 22 qol vurub. O, hazırda 20 qolla Azərbaycan Premyer Liqasının 20 qolla bombardiridir. Baş məşqçi Qurban Qurbanovun oğlu olan Musanın klubuyla müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Exit mobile version