AUT.AZ

Messini bu şəhərə çağırdı: Bundan yaxşı variantı olmayacaq

İvan Rakitiç Lionel Messi ilə bağlı suala zarafatyana cavab verib.

Aut.az xəbər verir ki, vaxtilə “Barsa”da Leo ilə birgə oynamış “Sevilya”nın futbolçusu “Messi ilə oynamışınız, onu harada gözləyirsən, Barselonada, Ərəbistanda, yoxsa  Sevilyada?” sualına gülərək belə cavab verib:

“Ümid edirəm ki, burda. Messi futboldan, həyatdan və şəhərdən həzz almaq istəyirsə, bu gün günorta Sevilyada olacaq. Bundan yaxşı variantı olmayacaq.

Bütün komandalar Leo ilə müqavilə imzalamaq istəyir. Lazım gələrsə, ona kafedralın yanında mənzil kirayə verəcəyik.

O, unikal oyunçudur və gələcəyi ilə nə etmək istədiyinə qərar vermək hüququ qazanıb. Biz hamımız onun qərarını eşitmək istəyirik, amma əsas odur ki, onun futbolundan daha uzun həzz alın”.

Aut.az

Exit mobile version