AUT.AZ

Paltardəyişmə otağında onu döyüb

“Bavariya”nın bəzi futbolçuları aprelin 11-də Çempionlar Liqasının ilk 1/4 final mərhələsində “Mançester Siti” ilə keçirilən oyunda (0:3) darmadağın edildikdən sonra əsəblərinə hakim ola bilməyib.

Aut.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat verib.  Bildirilir ki, Münxen klubunun hücumçusu Sadio Mane final fitindən sonra komanda yoldaşı Leroy Saneyə hücum edib.

Mübahisə meydanda başlayıb: Matçın 83-cü dəqiqəsində topa sahib olan Sane Manenin manevrlərini səhv anlayıb və qeyri-dəqiq ötürmə verib. Bun dan sonra onların arasında söz atışması başlayıb. Bunu çoxsaylı video və foto materiallar da təsdiqləyir.

Mübahisə  paltardəyişmə otağında da davam edib. Mane komanda yoldaşının kobud rəftarından şikayətlənib və mübahisənin kulminasiya nöqtəsində “Mançester Siti”nin keçmiş oyunçusunun dodağına yumruq vurub.

“Bavariya” məlumatı şərh etməkdən imtina edib.

Aut.az  

Exit mobile version