AUT.AZ

İrqçilik ittihamı: Komandada bu qədər qaradərili və müsəlman ola bilməz

PSJ-nin baş məşqçisi Kristof Qaltye “Nitsa”ya rəhbərlik edərkən irqçi ifadələr işlətməkdə günahlandırılıb.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Bildirilir ki, “Nitsa”nın sabiq futbol direktoru Julen Furne PSJ-nin baş məşqçisini elektron məktubda irqçi xarakterli sözlər işlətməkdə ittiham edib.

Furen bununla bağlı INEOS (“Nitsa”nın sahibi olan şirkət) direktoru Deyv Breysforda məktub göndərib. Həmin məktubda onunla Qaltye arasında olan söhbətin məğzi yer alıb. Ondan sonra Furen direktorun meneceri ilə görüşüb.

“Qaltye mənə “şəhərin reallığını” nəzərə almalı olduğumu və komandada bu qədər qaradərili və müsəlman ola bilməyəcəyini söylədi. Daha sonra əlavə etdi: “Dünən gecə bir restorana getdim və hamı mənə yaxınlaşıb deyirdi ki, bizim qaradərililərdən ibarət komandamız var”. Və sonra davam etdi: “Julen, hansı şəhərdə olduğumuzu anlamalısan, biz buradayıq. Jak Medesin şəhərində (Nitsa şəhərinin keçmiş meri). Komandamız məni qane etmədiyi kimi insanların istəklərini də əks etdirmir”, – Furen deyib.

Aut.az

Exit mobile version