AUT.AZ

“Gəncə” play-offa vəsiqəni təmin etdi

Azərbaycan Basketbol Liqasında XXVI tura start verilib.

Aut.az xəbər verirki, açılış oyununda “Neftçi” və “Gəncə” komandaları qarşılaşıblar. “Sərhədçi” İdman Mərkəzində baş tutan görüş kifayət qədər maraqlı alınıb.

Qərb təmsilçisi əsas oyunçularından sayılan Cared Smolun son saniyədə atdığı “üçlük”lə 87:86 hesablı qələbə qazanıb. Bu nəticədən sonra xallarını 45-ə çatdıran komanda həm liderliyə yüksəlib, həm də pley-offa vəsiqəni təmin edib.

Ən məhsuldar basketbolçular “Neftçi”dən Mohsen Moradxani (23 xal, 8 ribaund), “Gəncə”dən isə Kollin Törner (24 xal, 9 asist) olublar.

Qeyd edək ki, turun digər “Sabah” – “NTD”, “AAAF Xırdalan” – “Sərhədçi” və “Zirvə Astara” – “Olimpik Şəki” matçları aprelin 15-i və 16-da keçiriləcək.

Exit mobile version