AUT.AZ

Dili var, görək dilçəyi də…

“Çelsi”nin baş məşqçisi Frenk Lempard Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşacaqları  “Real” haqda danışıb.

“Hər kəs “Real”ı  favorit hesab edir. Amma futbolda insanların səhv düşündüyün sübut etməkdən gözəl bir şey yoxdur. Əgər idmançı işinin öhdəsindən gələ bilmirsə, deməli, o, ən yaxşı komandalara düşməyəcək”, – deyə “Football.London” Lempardın sözlərindən sitat gətirib.

“Real”la “Çelsi” arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu bu gün – aprelin 12-də Madriddə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az

Exit mobile version