AUT.AZ

Bir rekord da qırdı – Daha 4-ünün axırına çıxa bilər

“Mançester Siti” Çempionlar Liqasının ilk 1/4 final matçında “Bavariya”nı darmadağın edib – 3:0.

Erlinq Haaland belə atəşfəşanlığı qaçırmır: norveçli Bernarda  qol ötürməsi verdi, sonra isə komandasının 3-cü qolunu vurdu.

Erlinqin tipik günü, həm də tarixi: 39 oyunda 45 qol vuran Haaland Premyer Liqada daha bir rekord qırdı. O bir mövsümdə ən çox qol vuran futbolçu statusuna yüksələrək bu əfsanələri geridə qoyub:

Məhəmməd Salah – 52 oyunda 44 qol, 2017/18 mövsümü.

Ruud van Nistelroy – 53 oyunda 44 qol, 2002/03 mövsümü.

Kriştiano Ronaldo – 49 matçda 42 qol, 2007/08 mövsümü.

Norveçli hücumçu daha hansı rekordları qırmağa yaxındır?

1.Premyer Liqada mövsümün rekordu: 34 qol – Alan Şirer və Endi Koula məxsusdur. Haaland hələ ki, 30 qol vurub.

2.İngiltərə klubları üçün Çempionlar Liqasında mövsümün qol rekordu: 12 – Ruud van Nistelroya məxsusdur. Norveçlinin aktivində 11 qol var.

3.Çempionlar Liqası mövsümündə qol rekordu: 17 – Kriştiano Ronaldoya məxsusdur. Erlinq 11 qol vurub.

4.Bir mövsümdə Çempionlar Liqasının pley-off mərhələsində qol rekordu: 10 – Ronaldo və Kərim Benzemaya məxsusdur.  Haalandın hesabında 6 qol var.

Amma etiraf edək ki, belə ağlasığmaz templə də Lionel Messinin bir mövsümdəki (73) qol rekordunu qırmaq qeyri-real görünür.

Aut.az

 

Exit mobile version