AUT.AZ

Biliç Türkiyəyə qayıdır?

Xorvatiya millisinin keçmiş baş məşqçisi Slaven Biliç karyerasını yenidən Türkiyədə davam etdirməyə yaxındır.

Aut.az xəbər verir ki, o, “Trabzonspor”u çalışdıra bilər.

Məlumatı Qara dəniz təmsilçisinin prezidenti Ərtoğrul Doğan da təsdiqləyib. Doğan menecerlər vasitəsilə əlaqə saxladıqları Biliçlə danışıqların davam etdiyini deyib. Danışıqlar hər iki tərəfi qane edəcək şəkildə yekunlaşsa, Slaven Biliç Türkiyəyə qayıdaraq son çempion “Trabzonspor”u təhvil alacaq.

Baş məşqçi Abdullah Avcını bu mövsüm klubdan göndərən “Trabzonspor” daha sonra qısa müddətə Orhan Ak ilə əvəz olunmuşdu.

Son günlər adı Ukrayna millisi ilə də hallandırılan Biliç bu mövsüm İngiltərə Çempionşipində “Uotford”u çalışdırsa da, burada altı aydan az qalıb. O, 2013-2015-ci illər aralığında Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi olub.

“Trabzonspor” Türkiyə çempionatında lider “Qalatasaray”dan 19 xal geri qalaraq, cəmi 6-cı yerdədir.

Exit mobile version