AUT.AZ

Azərbaycan millisi İrəvana gedir

Ağır atletika üzrə Azərbaycan millisi Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Aut.az xəbər verir ki, yığmamız qitə çempionatında 4 idmançı ilə təmsil olunacaq. Kişilərdə İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.

Exit mobile version