AUT.AZ

Ayaz Quliyev: Bu halımızı beynimdən çıxara bilmirəm

“Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyev klubun hazırkı durumundan danışıb.

“Əlbəttə, indi “Ximki” ilə baş verənləri düşünəndə özümü pis hiss edirəm. Bu halımızı beynimdən çıxara bilmirəm. Çox xoşagəlməz situasiyadır. Ən bezdirici odur ki, yaxşı oynaya biləcəyimizi bilirəm. Əgər bunu bilməsəydim, onda razılaşardım ki, səviyyəmiz budur. Amma bacararıq, bilirəm.

Komandanın hansı anda dağıldığını söyləmək mənim üçün çətindir. Yuranla komanda sürətli başladı və sonra psixoloji boşluq yarandı”, – deyə Quliyev “Çhampionat”ın müxbiri Andrey Pankova müsahibəsində bildirib.

“Ximki” turnir cədvəlində sonuncu, 15-ci yerdədir. Komanda 22 oyundan sonra 13 xal toplayıb.

Aut.az

Exit mobile version