AUT.AZ

“Ayaqqabının yanı cırılmışdı deyə, məftillə tikmişdim” – Təsirli həyat

“Bavariya”nın və Seneqal yığmasının hücumçusu Sadio Mane futbola necə gəldiyi haqda danışıb.

Aut.az xəbər verir ki, Sadio çox kasıb olduqlarını, baxışa getmək üçün dostunun ona borc tapdığını deyib. O, karyerasının ilk çağını təsirli sözlərlə anladıb:

“Mən baxışa tək getdim – ən yaxın dostumdan başqa heç kimin bundan xəbəri yox idi. Ona dedim ki, borc pul tapsın – Dakara getmək üçün avtobusa bilet almağa pul çatmırdı. Şəhərə çatan kimi dərhal məşqə çıxdım.

Seneqalın hər yerindən bir neçə yüz uşaq baxışa gəlmişdi. Çox yaxşı başlamadım – özümü təqdim edəndə hamı gülməyə başladı. Fakt budur ki, futbolçuya bənzəmirdim –idman şortu yox, şalvar geyinmişdim. Ayağımdakı ayaqqabının yanları cırılmışdı deyə, məftillə tikmişdim.

Bu durumumu görənlər inamsızlıqla soruşdular: “Doğrudan da futbolçu olmaq istəyirsən?” Onları başa düşürdüm, amma həm də anlayırdım ki, başqa çarəm yoxdur.

Meydanda o qədər də pis deyildim – sonda komandaya götürüldüm. Bu, mənim Afrika Kubokuna gedən yoldakı macəramın başlanğıcı oldu”.

Aut.az 

Exit mobile version