AUT.AZ

Avro-2028 üçün 10 stadion: Məşhur arenalar kənarda qaldı  

Böyük Britaniya və İrlandiya 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün 10 stadionun siyahısını razılaşdırıb.

Aut.az xəbər verir ki, təşkilatçılar siyahıya Britaniyanın məşhur stadionları olan “Old Trafford” və “Enfield”i daxil etməyiblər. Yekun siyahıya “Uembli” (London), Uels Milli Stadionu (Kardiff), “Tottenhem”in stadionu (London), “Everton”un stadionu (Liverpul), “Sent Ceyms Park” (Nyukasl), “Uill Park” (Birmingem), “Hampden Park” (Qlazqo), “Dublin Arena” (Dublin), “Keysment Park” (Belfast) və “Etihad” (Mançester) daxildir.

Qeyd edək ki, Türkiyə də Avro-2028-ə ev sahibliyi etmək üçün müraciət edib. Rusiyanın müraciəti Ukraynada baş verənlərə görə rədd edilib.

Aut.az

Exit mobile version