AUT.AZ

Ən böyük azarkeş qrupunun tələbi: Sübuta yetirilsə, qovun

PSJ-nin ən böyük azarkeş qrupu olan “Collectif Ultras Paris” bəyanat yayaraq, baş məşqçi Kristof Qaltyenin irqçi ifadələr işlətdiyi sübuta yetirilərsə, onu istefaya göndərməyə çağırıb.

“Əgər iddialar sübuta yetirilərsə, o zaman bu şəxsin klubda qalması qəbuledilməzdir. Xatırladırıq ki, biz hər zaman hər hansı ayrı-seçkiliyə qarşı olmuşuq və bu hal bizim hərəkatımız üçün tarixidir”, – deyə bəyanatda bildirilir.

Bundan əvvəl bildirilib ki, PSJ Qaltyenin “Nitsa”da işləyərkən irqçi ifadələr işlətdiyi iddiaları ilə bağlı daxili araşdırma başlayıb.

Aut.az

Exit mobile version