AUT.AZ

Ərəblərə “yox” dedi

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Səudiyyə Ərəbistanından aldığı təklifi rədd edib.

Aut.az xəbər verir ki, Asiya ölkəsinin adı açıqlanmayan klubu xorvat futbolçuya illik 30 milyon avro məvacib təklif edib. Bununla belə, o, “Real”da oynamağa davam etmək istəyir. Futbolçu ümid edir ki, tezliklə “kral klubu” ilə yeni sözləşməni razılaşdıracaq.

37 yaşlı futbolçu 2012-ci ilin yayından “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, 307 oyun keçirib və 25 qola imza atıb.

Aut.az 

Exit mobile version