AUT.AZ

Göstəriş verdi: Onun dedikləri araşdırılır

PSJ-nin baş məşqçisi Kristof Qaltyenin “Nitsa”da olarkən irqçi ifadələr işlətdiyi haqda məlumat vermişdik.

Aut.az xəbər verir ki, artıq məsələ ilə bağlı PSJ-də araşdırma başlayıb. Bu barədə RMC məlumat yayıb.

Bildirilir ki, Paris təmsilçisi fransalı mütəxəssislə bağlı daxili araşdırma aparır. Cümə günü, oyunöncəsi mətbuat konfransından əvvəl Qaltyenin vəziyyətlə bağlı izahat verəcəyi gözlənilir.

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi də məsələdən xəbərdardır. O, hazırda Dohada olsa da, məsələ ilə bağlı daha çox məlumat toplanılması üçün göstəriş verib.

Aut.az

Exit mobile version