AUT.AZ

Sabiq “Qarabağ”lının Fransadakı rekordu

Həftəsonu Fransa Liqa 2-də 30-cu tur çərçivəsində “Paris”in qapısına yol tapan sabiq “Qarabağ”lı İbrahima Vadji mövsümün ilkinə imza atıb.

Aut.az xəbər verir ki, “Sent Etyen”in seneqallı forvardı 4:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qolla rekord müəyyənləşdirib.

Vadji mövsümün ən sürətli qolunu vurub. O, 22-ci saniyədə rəqib torunu silkələyib. Bundan əvvəlki 24 saniyəlik göstərici “Valensyenn”in futbolçusu Adrian Qrbiçə məxsus idi.

Sabiq “Qarabağ”lı forvard bu göstərici ilə Liqa 2 tarixində ilk “4-lüy”ə daxil olub. Fransanın aşağı liqasında ən sürətli qol 2017-ci ildə 13-cü saniyədə qeydə alınıb.

Qeyd edək ki, ötən yayda “Qarabağ”dan ayrılaraq Fransa klubuna keçən İbrahima Vadji “Sent Atyen”də artıq 9 qol vurub.

Exit mobile version