AUT.AZ

Sosial şəbəkədə üsyan etdi, cərimələdilər – FOTOFAKT

“Qalatasaray”ın hücumçusu Mauro İkardi sosial media hesabındakı paylaşıma görə cəzalandırılıb.

Aut.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası İntizam Komitəsi argentinalı forvardı sosial media hesabında hakimlər haqqında yazdığı fikirlərinə görə, 150 min TL (13 min 219 manat) cərimə edib.

“Qalatasaray” Türkiyə kubokunda “Başakşehir”ə 2:3 hesabı ilə uduzub mübarizədən kənarda qaldıqdan sonra “sarı-qırmızılılar” iki penaltilərinin verilmədiyini iddia etmişdilər. İkardi instaqramda video paylaşaraq “bir utanc, bir skandal, ilin soyğunu” yazıb.

İntizam Komitəsi İkardi ilə yanaşı, “Qalatasaray”ın prezidenti Dursun Özbəyi oyundan sonra səsləndirdiyi fikirlərə görə 21 günlük cəzalanıdırıb və 50 min TL (4 min 406 manat) cərimə edib. Klub isə ayrıca 200 000 TL məbləğində (17 min 624 manat) cərimə edilib.

Exit mobile version