AUT.AZ

Rüşvət qalmaqalı kulminasiya nöqtəsində: Hamı həyəcanlıdır

La Liqanın rəhbəri Xavyer Tebas hesab edir ki, “Barselona” Neqreyra işinin təfərrüatlarına aydınlıq gətirməlidir.

Daha əvvəl bildirilmişdi ki, “Barselona” aprelin 17-də mətbuat konfransı keçirəcək və bu konfransda klub prezidenti Joan Laporta texniki hakimlər komitəsinin keçmiş vitse-prezidentinə ödənişlə bağlı qalmaqal haqda jurnalistlərin suallarını cavablandıracaq.

“İzahat vaxtıdır. Aprelin 19-da klub nümayəndələrinin danışması vacibdir (Neqreyra işi ilə bağlı La Liqanın növbədənkənar iclası aprelin 19-na təyin edilib).

Bu, İspaniya futboluna bütün tarixində vurulan ən böyük reputasiya ziyanıdır. İki aydan çox vaxt keçdi, görək “Barselona”a UEFA və FİFA-ya göndərdikləri məktublardan savayı daha hansı məlumat verəcəklər.

Nə üçün klub 20 ilə yaxındır ki, hakimlərin texniki komitəsinin vitse-prezidentinə milyonlarla dollar ödəyib? Niyə bu cənab vergi idarəsinə bütün bu ödənişlərin hakimlərin neytrallığına nail olmaq üçün edildiyini söyləyib? Nə üçün Neqreyranın oğluna da klub üçün hesabatlar yazmaq tapşırılıb? Bütün bunlar izah edilməlidir.

Bundan əlavə, ödənişlər dörd fərqli prezidentin dövründə və əlavə olaraq, əvvəlki prezident dövründəki hesabların indiki prezident tərəfindən yoxlanılmasından sonra həyata keçirilib. Və heç kim də bu ödənişləri fərq etməyib?

Görək bunu necə izah edəcəklər. Digər İspaniya klublarının nümayəndələri kimi mən də həyəcanlıyam”, – deyə La Liqanın prezidenti bildirib.

Aut.az

Exit mobile version