AUT.AZ

“Qazprom” bu futbolçunu “Beşiktaş”a gətirir? – Rəsmi açıqlama

“Beşiktaş”ın baş direktoru Ceyhun Kazancı “Lokomotiv”in və Rusiya millisinin yarımmüdafiəçisi Dmitri Barinovun transferində “Qazprom”un İstanbul klubuna kömək edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qazprom” Barinovun transferinə kömək edəcək? Mən belə düşünmürəm”, – Kazançı “Sport24”-ün müxbiri Anastasiya Draqomirə müsahibəsində deyib.

Daha əvvəl bildirilmişdi ki, “Qazprom” “Beşiktaş”ın stadionunun titul sponsoru olacaq və İstanbul klubunun Barinovu almasına kömək edəcək.

Aut.az

Exit mobile version