AUT.AZ

Qara Qarayev uşaqlara kitab oxudu

Bu gün Bakı İdman Sarayında II Uşaq Kitabı Festivalının növbəti günü start götürüb.

Aut.az xəbər verir ki, festival “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirin son günündə TEAS Press nəşriyyat evinin 3 alma uşaq ədəbiyyatı bölməsinin təşkilatçılığı ilə azyaşlıların görüşünə “Qarabağ” futbol komandasının oyunçusu Qara Qarayev gəlib.

Q.Qarayev görüşdə peşəkar futbol karyerasında danışıb, uşaqların suallarını cavablandırıb, futbolçuların həyatından bəhs edən kitabları imzalayıb.

Ağdam klubunun təmsilçisi azyaşlılar arasında sual-cavab keçirib. Futbolçunun azyaşlı qız fanatı sualı düzgün cavablandıraraq formanı əldə edib.

Qara Qarayev daha bir formasını isə bu gün ad gününü qeyd edən digər fanatına hədiyyə verib.

Exit mobile version