AUT.AZ

“Qalatasaray” fransalı forvardla anlaşdı

“Qalatasaray”ın forvardı Bafetimbi Qomisin karyerasını hansı komandada davam etdirəcəyi bəlli olub.

Aut.az xəbər verir ki, fransalı forvard Türkiyəni tərk etməyəcək.

İstanbul təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 37 yaşlı forvard “Qalatasaray”da qalacaq.

Belə ki, “Qalatasaray” təcrübəli hücumçu ilə razılıq əldə edib. O, daha bir mövsüm adıçəkilən komandada oynayacaq.

2022-ci ildə “Qalatasaray”a dönən Qomis bu mövsüm 24 görüşdə 10 qol vurub.

Exit mobile version