AUT.AZ

Onun haqqında pis söz deməzdən əvvəl iki dəfə düşünün

Fabio Kapello Joze Mourinyo ilə Antonio Kassano arasındakı münaqişədən danışıb.

Xatırladaq ki, “Roma”nın sabiq hücumçusu ilk olaraq demişdi: “Roma” İtaliya futbolu üçün biabırçılıqdır. 2-ci yeri tuta bilərdilər, amma Mourinyo heç nə göstərmədi. Olar getdikcə daha pis oldular”.

Daha sonra  Kassano əlavə etmişdi: “Futbol üçün ##### Mourinyo. Joze “Real”a gedə bilər, ancaq statusuna görə”.

Portuqaliyalı isə ona belə cavab vermişdi: “Kassano “Real”da  pencəyi ilə yadda qalıb, “Roma”da meydana çıxmadan Superkuboku qazanıb. Mən orada nəyə nail olduğumu bilirəm. Onun mənimlə problemi ola bilər, mənim onunla problemim yoxdur”.

“Onun “Roma”da qalıb-qalmayacağını bilmirəm. Mən istəməzdim ki, o, A Seriyasının Premyer Liqa və ya La Liqadan aşağı olduğunu düşünsün.

O, dünyanın ən yaxşı klublarını çalışdırıb və hələ çox gəncdir, ona görə də hələ bundan sonra da çox yüksək səviyyədə işləməkdən həzz ala bilər.

Mən mübahisədə iştirak etmək istəmirəm, uzaq qalmaq istəyirəm. Oxuyuram, dinləyirəm və əylənirəm. Mən Antonionu yaxşı tanıyıram, onu məşq etdirmişəm. Amma mən Xoseni də tanıyıram və onun haqqında pis danışmazdan əvvəl iki dəfə düşünərdim”, – “Roma” və “Real”ın sabiq baş məşqçisi Fabio Kapello “Il Messaggero” nəşrinə müsahibəsində deyib.

Aut.az

 

Exit mobile version