AUT.AZ

Ona nə olub? – Sağ əlimdən tutub zorla ayaq üstündə dayandı

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçeskunun “Minay”la oyundan sonra halı pisləşib.

Aut.az xəbər verir ki, rumıniyalı mütəxəssisə tibbi yardım göstərilib. “Dinamo” 2:0 hesabı ilə qalib gəlsə də, Kiyev klubunun çalışdırıcısı özünü pis hiss edib. Böyük ehtimalla o, qarşıdakı oyunlarda komandasına rəhbərlik edə bilməyəcək. Jurnalistlərdən biri hadisənin şahidi olub:

“Mən Luçeskunun maşınına yaxınlaşıb dedim ki, mister, oyunla bağlı bir neçə kəlimə danışmaq olar? Amma gördüm ki, onun həqiqətən halı pisdir. O, mənim sağ əlimdən tutub zorla ayaq üstündə dayandı. Onu paltardəyişmə otağına apardılar, yəqin ki, orda tibbi yardım göstərilib”.

Qeyd edək ki, Luçeskunun 77 yaşı var.

Exit mobile version