AUT.AZ

Karyerasının ən yaxşı baş məşqçisini açıqladı

“Bayern Münhen”in və Niderland millisinin sabiq vingeri Aryen Robben karyerasının ən yaxşı məşqçisinin adını açıqlayıb.

Aut.az xəbər verir ki, “BayernGermany” onun dediklərini belə çatdırıb.

“Qvardiolanın rəhbərliyi altında keçirdiyim 3 il mənim üçün xüsusidir. Ona böyük hörmətim var. Hə, yaxşı məşqçilərim çox olub, amma futbol prizmasından yanaşırıqsa, ən yaxşısı Qvardiola olub. Pep işlədiyi bütün komandalarda öz dəsti-xəttini ortaya qoymağı bacarıb”.

Qeyd edək ki, “Bayern”lə ümumilikdə 7 mükafat qazanan Qvardiola münhenlilərlə 3 dəfə Almaniya çempionu olub.

Exit mobile version