AUT.AZ

Kapitana həbs cəzası kəsildi: 6 ay, 1 gün

“Monako”nun hücumçusu və kapitanı Vissam Ben Yedder 6 ay 1 gün həbs cəzasına məhkum edilib.

Aut.az xəbər verir ki, 32 yaşlı futbolçunun cəzası şərtidir.

Ben Yedderin 2017-ci ildə vergidən yayınması məhkəmədə sübuta yetirilib. Həmin vaxt o, İspaniya “Sevilya”sında çıxış edib.

Əvvəllər məhkumluğu olmayan Vissamın cəzasını çəkməyəcəyi bildirilir. Lakin yaxın iki il ərzində cinayəti təkrarlayarsa, onda həbs qərarı avtomatik qüvvəyə minəcək. Ben Yedder həm də, 133 min avro cərimələnib.

Aut.az

Exit mobile version