AUT.AZ

ÇL matçına ciddi itki ilə çıxacaq

İtaliyanın “Napoli” klubu ciddi itki ilə üzləşib.

Aut.az xəbər verir ki, Neapol klubunun nigeriyalı hücumçusu Viktor Osimhen sıradan çıxıb.

25 yaşlı futbolçu zədə səbəbindən komandasının UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində qarşılaşacağı “Milan”la ilk oyunu buraxmalı olacaq.

Xatırladaq ki, aprelin 12-də keçiriləcək “Milan” – “Napoli” matçına saat 23:00-da start veriləcək.

Osimhen bu mövsüm meydana çıxdığı 29 oyunda 25 qol vurub.

Exit mobile version