AUT.AZ

Bütün detalları razılaşdırdılar: 1 milyardlıq müqavilə

“Barselona” futbolçusu Aleks Balde ilə müqaviləni uzadacaq.

Aut.az xəbər verir ki, yeni anlaşma 2027-ci ilədək nəzərdə tutulacaq. Tərəflər bütün detallarda razılıq əldə edib. 20 yaşlı müdafiəçinin sərbəstqalma məbləği 1 milyard avro olacaq.

Klub rəhbərliyi Baldeni inandırıb ki, start heyətinin üzvü kimi qalacaq və müqavilənin qeydiyyatdan keçməsində problem yaranmayacaq.

Qeyd edək ki, müdafiəçi La Liqanın cari mövsümündə 23 matçda 5 assistə imza atıb.

Aut.az 

Exit mobile version