AUT.AZ

Bu səhvi təkrarlamayacaqlar: prinsipial qərar

“Mançester Siti” London “Arsenal”ına futbolçu satışı ilə bağlı fundamental qərar qəbul edilib.

Bildiyiniz kimi, “şəhərlilər”  ukraynalı Aleksandr Zinçenko və braziliyalı Qabriel Jesusu “topçular” a satmışdılar. Rəhbərlik onların satışından yaxşı qazanc götürdüyü üçün razı qalmışdı.

Lakin indi Zinçenko və Jesus “Arsenal”ın liderlərinə çevriliblər və London klubunu çempionluğa doğru aparırlar.

Bunu nəzərə alan “Siti” transfer siyasətlərinə yenidən baxmaq qərarına gəlib. “Mançester Siti”nin qarşıdan gələn yay transfer pəncərəsində “Arsenal”dan gələn hər hansı təklifi rədd etdiyi bildirilir. Bir sözlə, “şəhərlilər” “Arsenal”a futbolçu satıb onları daha da gücləndirmək niyyətində deyil.

“Arsenal” Premyer Liqada 30 turdan sonra 73 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” ikinci pillədə qərarlaşıb və “topçular”dan 6 xal geri qalır, lakin ehtiyatda bir oyunu var.

Aut.az

Exit mobile version