AUT.AZ

Bakıda daha bir yol bağlanacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 üzrə Azərbaycan qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

Aut.az xəbər verir ki, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanacaq.

Daha əvvəl Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi bağlanıb.

Formula 1 üzrə Azərbaycan qran-prisi 28-30 apreldə keçiriləcək.

Exit mobile version