AUT.AZ

Azərbaycan millisinin sabiq məşqçisi III Divizionda

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin sabiq köməkçisi Benito Karbone III Divizionda işləyəcək.

Aut.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin “Paviya” klubu ilə anlaşıb.

Onun futbolçu karyerasını başa vurduğu komanda ilə imzaladığı sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Benito Karbone 2020 – 2022-ci illərdə Azərbaycan yığmasının məşqçisi vəzifəsində çalışıb.

Exit mobile version