AUT.AZ

“Ayaks”da yeni təyinat

Sven Mislintat “Ayaks”ın idman direktoru təyin edilib.

Aut.az xəbər verir ki, Amsterdam klubu alman mütəxəssislə 2023-cü il mayın 19-da qüvvəyə minəcək və 30 iyun 2026-cı il tarixinədək qüvvədə olacaq müqavilə imzalayıb.

Mislintat 2006-2017-ci illərdə “Borussiya Dortmund”da skautinq rəhbəri vəzifəsində çalışıb. Daha sonra o, London “Arsenal”ında İşəgötürmə Departamentinin rəhbəri vəzifəsini tutub.

2019-cu ildə Bundesliqaya qayıdıb və 2022-ci ilin noyabrına qədər “Ştutqart,”da idman direktoru vəzifəsində çalışıb.

2022-ci ilin fevralında Mark Overmarsın gedişindən sonra “Ayaks”da vakant olan futbol direktoru vəzifəsini müvəqqəti olaraq Cerri Hamstra və Klaas Yan Huntelaar icra edirdi.  Huntelaar “Ayaks”da texniki meneceri olaraq qalacaq və Mislintata hesabat verəcək.

Aut.az

Exit mobile version