AUT.AZ

100 milyon və əlavə bonus tələb edirlər

“Ayntraxt”hücumçusu Randal Kolo Muanini “Bavariya”ya satmaqdan imtina edib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib. Münhen təmsilçisi 24 yaşlı fransalı hücumçu üçün 80 milyon avro ödəməyə hazır olsa da, lakin bu məbləğ kifayət etməyib. “Ayntraxt” ən azı 100 milyon avro və əlavə bonuslar almaq istəyir.

Qeyd edək ki, Kolo Muani bu mövsüm “Ayntraxt”ın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 19 qol vurub və 14 məhsuldar ötürmə edib.

Aut.az 

Exit mobile version