AUT.AZ

10 saat gözlədi, Messi ona elə bir jest etdi ki… – FOTOLAR

PSJ-nin futbolçusu Lionel Messinin başına maraqlı hadisə gəlib.

Aut.az xəbər verir ki, futbolçunun fanatı Xuan Polkan onun Parisdəki villasının qarşısında təqribən 10 saat dayanıb. O, səhər saat 9-dan evin qarşısında dayanıb. Axşam saatlarında Messi fanatı evə dəvət edib. Xuan hadisə ilə bağlı bunları söyləyib:

“Gördüyüm ilk şey qarşımda başmaqlı Messi idi. O, mənə dedi: “Salam”. Bu, inanılmaz bir an idi. Mən Messini sevdiyimi dedim. Şəkil çəkdirdik, məni qucaqladı və qoluma imza atdı”.

Exit mobile version