AUT.AZ

Ələ saldı: Onun göz yaşları insanları niyə iyrəndirmir?

Kiyev “Dinamo”sunun və Ukrayna millisinin sabiq hücumçusu Viktor Leonenko “Arsenal”ın yarımmüdafiəçisi Aleksandr Zinçenkonun Premyer Liqanın 30-cu turunda “Liverpul”la keçirilən oyunda (2:2) emosional reaksiyasına münasibət bildirib.

“Elə bilirdim ki, futbolda bilmədiyim bir sirr yoxdur. Amma görünür, yanılmışam, bilmədiyim çox şey var. Siz heç ehtiyat oyunçular skamyasında ümumiyyətlə ağlayan futbolçu görübsünüz?

Dünən gördüyüm budur. Aleksandrın Moskva İncəsənət Teatrını bitirib-bitirmədiyini yoxlamaq lazımdır. Başa düşə bilmirəm ki, Zinçenkonun göz yaşları insanları niyə iyrəndirmir. Futbolçu oturub sadəcə olaraq ağlayır. Skamyada başqa kiminsə ağladığını görmədim”, – Leonenko Telegram kanalında bildirib.

Qeyd edək ki, Zinçenkonun kobud səhvindən sonra “Liverpul” hesabı bərabərləşdirmişdi. Bundan dərhal sonra əvəzlənən ukraynalı ehtiyat oyunçular skamyasında oturub ağlamışdı.

Aut.az

 

Exit mobile version