AUT.AZ

Şahmat tacı: 29-cu gedişdə təslim oldu

Astanada şahmat üzrə 2023-cü il dünya çempionu adı uğrunda görüş davam edir.

Orada FİDE bayrağı altında Yan Nepomniyaşi ilə çinli Dinq Liren qarşılaşır.

Aprelin 10-da tərəflər arasında 2-ci oyun keçirilib. Ağ fiqurlarla oynayan Dinq müəyyən üstünlük əldə etsə, lakin səhv yol verib və 29-cu gedişdə təslim olub.

Matçda hesab 1,5:0,5 Nepomnyaşinin xeyrinədir. Növbəti 3-cü oyun bir günlük istirahətdən sonra aprelin 12-də baş tutacaq. Qarşılaşma klassik vaxta nəzarətlə 14 oyundan ibarətdir.

Heç-heçə (7:7) olarsa, qısaldılmış vaxta nəzarətlə tay-breyk aprelin 30-na təyin edilib. Mükafat fondu 2 milyon avrodur.

Aut.az

 

Exit mobile version