AUT.AZ

Rusiyanın qaz nəhəngi “Beşiktaş”la 60 milyonluq müqavilə bağlayır

Rusiyanın “Qazprom” şirkəti Türkiyənin “Beşiktaş” klubu ilə 5 illik sponsorluq müqaviləsi imzalayacaq.

Aut.az xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.

Müqaviləyə əsasən, “Beşiktaş” üç il ərzində stadionun ad hüququnun transferi üçün 60 milyon avro alacaq. Növbəti iki il üçün məbləğ ilk üç ildən sonra razılaşdırılacaq. “Beşiktaş”ın prezidentinin “Qazprom”un idarə heyətinin sədri Aleksey Millerin dəvəti ilə gələn həftə Rusiyaya səfər edəcəyi bildirilir.

2007-2022-ci illərdə “Qazprom” Almaniyanın “Şalke” klubunun sponsoru olub, lakin sonradan siyasi vəziyyətə görə əməkdaşlığa xitam verilib.

“Beşiktaş” bu mövsüm Türkiyə çempionatının turnir cədvəlində “Qalatasaray”dan 8 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version