AUT.AZ

Renat Dadaşov oynadı?

Futbol üzrə İsveçrə çempionatında 27-ci tura yekun vurulub.

Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Yanq Boyz”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

27 turdan sonra 34 xal toplayan “Qrasshopper” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Yanq Boyz” isə 57 xalla çempionatın lideridir.

Exit mobile version