AUT.AZ

“Real”ın futbolçusu həbs olunacaq? – Polisə şikayət etdi

“Vilyarreal”ın futbolçusu Aleks Baena “Real”ın yarımmüdafiəçisi Federiko Valverdedən polisə şikayət edib.

Aut.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. “Real” – “Vilyarreal” (2:3) oyunundan sonra Madrid klubunun üzvü Baenanın üzünə zərbə endirib. Buna səbəb isə Aleksin, matçın gedişi zamanı Valverdenin hamilə həyat yoldaşını təhqir etməsi və “ağla, övladın dünyaya gəlməyəcək” deməsi olub. Uruqvaylı yarımmüdafiəçi görüşdən sonra dayanacaqda həmkarını gözləyib. Hadisə də belə baş verib.

“Vilyarreal”ln oyunçusunun polisə, İntizam Komitəsinə və ya hər iki orqana müraciət etmək hüququ var idi. 21 yaşlı futbolçu hüquq-mühafizə orqanlarına getməyə üstünlük verib.

Bu o deməkdir ki, Valverdeyə heç bir idman cəzası verilməyəcək. Əgər Baena İntizam Komitəsinə şikayət etsəydi, şahidlərin dindirmələrinə əsasən, qurum qərar verə bilərdi. Adətən belə hadisələrdə əsas mənbə kimi oyunun protokoluna baxılır. Lakin hadisə matçdan sonra avtobuslar dayanan yerdə olduğundan hakim bunu görməyib.

Exit mobile version