AUT.AZ

Qvardiola: “Madrid bütün vasitələrdən istifadə edir ki…”

“Jirona” klubunun prezidenti Pere Qvardiola Neqreyra işi ilə bağlı vəziyyəti süni şəkildə şişirdilmiş hesab edir.

Publika.az xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti düşünür ki, Madriddə yerləşən futbol qurumları bu vəziyyətdən süni şəkildə istifadə edir:

“Araşdırmaq və nə baş verdiyini öyrənmək lazımdır. Hakimlərin işləməsinə icazə verməliyik. “Barselona”ya zərər vermək istəyənlərin böyük təzyiqinə məhəl qoymamalıyıq. Madrid bundan faydalanmaq üçün bütün vasitələrdən istifadə edir .Bu işdə onlar əsl ustadırlar. Əmin ola biləcəyiniz yeganə şey odur ki, bu müddət ərzində bütün kubokların meydanda qazanılması faktı dəyişməyəcək. Hesab edirəm ki, heç kimə “Barsa”nın reputasiyasını ləkələməyə icazə verilməməlidir. Reallıq budur ki, “Barselona” öz titullarını layiqincə və qanuni şəkildə qazanıb”.

Barselona prokurorluğu klubun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselin Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya  ödəniş etmələri ilə bağlı iddia qaldırıb. 2001-2018-ci illərdə “Barselona”nın Neqreyraya 7,3 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Pere Qvardiol “Barselona”nın əfsanəsi, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın qardaşıdır.

Heybət

Exit mobile version