AUT.AZ

Qurban Berdıyev istefa verdi

Soçi”nin baş məşqçisi Qurban Berdıyev postunu tərk edib.

Aut.az xəbər verir ki, bu barədə “Metaratings” məlumat yayıb. Onun yerinə müvəqqəti olaraq Dmitri Xoxlov təyin edilib.

70 yaşlı Berdıyev 2022-ci ilin noyabrında “Soçi”nin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda Rusiya Premyer Liqasında CSKA (2:0) və Dinamo (2:0) üzərində qələbə qazanıb, həmçinin “Orenburq” (0:4), “Fakel” (0:3) və “Krılya Sovetov”a (1:2) məğlub olub.

“Soçi” 22 matçda 31 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Aut.az

Exit mobile version