AUT.AZ

“Qarabağ” bu hücumçunu alır?

“Qarabağ” Albaniyanın “Tirana” klubunda çıxış edən Florent Hasani ilə yaxından maraqlanır.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisi cari mövsümün sonunda kosovolu hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə “newsport.al” məlumat yayıb.

“Köhlən atlar”ın 26 yaşlı forvard üçün tələb olunan təzminatı ödəməyə hazır olduğu bildirilib. Daha əvvəl yerli mətbuatda forvardın transfer qiymətinin 400 000 avro olduğu yazılıb.

Qeyd edək ki, Florent Hasaninin “Tirana” ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.

Aut.az 

Exit mobile version