AUT.AZ

Onlar söydü, bu da hücum çəkdi

Bazar günü Almaniya Bundesliqasının oyununda “Bohum” “Ştutqart”a uduzub (2:3).

Aut.az xəbər verir ki, komandalarının məğlub olması bohumlu azarkeşləri qəzəbləndirib.

“Bild”in məlumatına görə, məğlubiyyətdən sonra bir neçə “Bohum” azarkeşi futbolçuları təhqir edib. Bunu həzm edə bilməyən qapıçı Manuel Riyemann qəzəblə fanatların üzərinə çığıyıb. Stüardlar müdaxilə edərək dava-dalaşın qarşısını alıblar.

Eləcə də, hər iki komandanın ehtiyat oyunçular skamyasının üzvləri də bir-birilərini təhqir ediblər.

Exit mobile version