AUT.AZ

İstanbul finalında bu komandanı arzulayır   

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubundakı gələcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, o, Çempionlar Liqasının finalında “Milan”la qarşılaşmaq istədiyini də bildirib:

“Real”la 2024-cü ilin yayına qədər müqaviləm var. Müqavilənin sonuna qədər burada qalmağı düşünürəm.

Çempionlar Liqasının finalında, İstanbulda “Milan”la oynayacağımıza ümid edirəm”.

Qeyd edək ki, Ançelotti 2021-ci ilin iyulundan “Real”da çalışır. O, 2013-2015-ci illərdə də “kral klubu”na rəhbərlik edib.

2022/23 mövsümündə Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda, Atatürk Olimpiya Stadionunda keçiriləcək. “Real” 1/4 finalda “Çelsi”, “Milan” isə “Napoli” ilə qarşılaşacaq.

Aut.az

Exit mobile version