AUT.AZ

Bu futbolçu “Qəbələ”dən göndəriləcək – “Qara siyahı”ya düşdü

“Qəbələ” yay transfer pəncəsində heyətində ciddi islahatllar aparacaq. “Qırmızı-qaralar”ın əsas məqsədi komandaya faydasız olan futbolçulardan xilas olmaqdır.

Aut.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi artıq göndəriləcək futbolçulardan birini müəyyənləşdirib. Söhbət Omar Hanidən gedir. 2021-ci ildə böyük ümidlərlə transfer edilən iordaniyalı vinger son vaxtlar heç də yaxşı çıxış etmir. O, əsas heyət uğrunda mübarizədə komanda yoldaşlarına da açıq-aşkar uduzur. Bu mövsüm isə cəmi 1 qol vurub və 1 məhuldar ötürmə edib.

Bu səbəblərdən 23 yaşlı futbolçu ilə mövsümün sonunda başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.

2021-ci ildə azad agent statusu ilə “Qəbələ”yə transfer edilən Omar Hani ümumilikdə 58 oyun keçriib və 3 qol 3 asistlə yadda qalıb.

Aut.az 

 

Exit mobile version