AUT.AZ

DÇ-də zədələnmişdi, qayıdır

2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatında zədələnən Fransa millisinin futbolçusu Lukas Ernandes məşqlərə başlayıb.

Aut.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun müdafiəçisi ilk dəfə topla çalışmalara qatılıb.

DÇ-2022-nin Avstraliya (4:1) ilə ilk matçında sağ dizinin çarpaz bağı yırtılan 27 yaşlı ulduz futbolçu bu üzdən əməliyyat olunub.

Qeyd edək ki, Lukas Ernandes 2022/2023 mövsümündə “Bavariya”nın heyətində 11 oyun keçirib, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version