AUT.AZ

Ərəblər “ailə oyuncağı”na görə 2,5 milyard təklif ediblər, amma…

“Napoli”nin prezidenti Aurelio De Laurentis klubuna sevgisindən danışıb.

Aut.az xəbər verir ki, Laurentis klubu satmaq üçün ərəblərdən təklif aldığını, amma imtina etdiyini bildirib.

“Hətta “Napoli”min qiymətinin nə qədər olduğunu belə bilmək istəmirəm. Bu, “ailə oyuncağı”dır və onu satmağı düşünmürəm. Satsaydım, ondan sonra nə edəcəkdim? Premyer Liqa klubu alacaqdım, yoxsa… Mən neapolluyam, “Napoli” məni qane edir, ona görə də bütün bu təklifləri qulaqardına vururam. Keçən il bir ərəb fondu mənə 2,5 milyard avro təklif etdi, amma imtina etdim”, – “Italian Football TV” De Laurentisdən sitat gətirib.

“Napoli”nin üç onillikdən sonra rəsmi olaraq ilk liqa çempionluğunu qazanmasına bir neçə həftə qalıb. Neapol klubu  74 xal toplayıb. Komanda ən yaxın izləyicisi “Latsi”odan 16 xal öndədir.

Aut.az

Exit mobile version