AUT.AZ

Bu klubun ən gözəl azarkeşi: Onun həyatının sevgisi kimdir? – FOTOLAR

Alt paltarlarını təqdim edən model və tibb bacısı Kim Şile sosial mediada “Borussiya” Dortmundun ən gözəl azarkeşi” kimi şöhrət qazanıb.

23 yaşlı qız mütəmadi olaraq Dortmunddakı “Signal Iduna Park”da çəkdiyi foto və videoları abunəçiləri ilə paylaşır. Onun sevimli futbolçusu Marko Roysdur. Kim, hətta onunla görüşüb və avtoqraflı köynək almağa müvəffəq olub – fanat sosial şəbəkədə yazıb: “Son saniyəyə kimi komandanı dəstəklədim, gözəl insanlarla tanış oldum və sonda Marko Roysdan avtoqraf aldım. Bu gün bundan gözəl ola bilməzdi. Roys mənim həyatımın sevgisidir”.

Futboldan əlavə, Şile qolf və kikboksinqdən zövq alır, lakin vaxtının çox hissəsini tibbə həsr edir. Qız tibb bacısı olmaq üçün 17 yaşında kollecə daxil olub.

Реклама 18+

Onun tibb bacısı olmaq arzusu yeniyetmə yaşlarında zədə alandan sonra yaranıb, lakin tibb işçiləri onu yenidən ayağa qaldıra biliblər. İndi Şile gündüzlər insanlara kömək, axşamlar isə “Borussiya”ya azarkeşlik edir.

Aut.az

Exit mobile version