AUT.AZ

Sədr bu komandadan ikinci dəfə üzr istədi

“Tottenhem” – “Brayton” oyunundan (2:1) sonra Premyer Liqanın hakimlər komitəsinin sədri Hovard Uebb qonaqlardan üzr istəməyə məcbur olub.

Aut.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı yazıb.

Bildirilir ki, gərgin keçən qarşılaşmada bir sıra epizodlar “Tottenhem”in xeyrinə yanlış şərh olunub. Uebb, xüsusən də hesab 1:1 olanda Mitomaya qarşı kobudluğa görə hakimin penalti təyin etmədiyi və VAR hakimlərinin epizoda reaksiya vermədiyi ana görə üzr istəyib.

Maraqlıdır ki, bu mövsüm hakimlər komitəsi artıq bir dəfə “Brayton”dan üzr istəyib. Bundan əlavə, Uebb “Brentford”la oyundakı səhvlərə görə “Arsenal”dan da üzr istəyib.

Aut.az

Exit mobile version