AUT.AZ

“Real”ın futbolçusu onu dayanacaqda gözlədi, döydü  

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde matçdan sonra “Vilyarreal”ın futbolçusunun üzünə zərbə vurub.

“Real” La Liqanın 28-ci turunda evdə “Vilyarreal”a uduzub (2:3).

Valverde 59-cu dəqiqədə əvəzlənib. Uruqvaylının hücumuna məruz qalan yarımmüdafiəçi Aleks Baena bütün 90 dəqiqəni meydanda keçirərək Samuel Çukvuezin qələbə qoluna assistentlik edib.

“Marca”nın məlumatına görə, madridli yarımmüdafiəçi oyundan sonra 21 yaşlı ispaniyalını dayanacaqda gözləyib və klub avtobusuna gedərkən onun üzünə yumruq zərbəsi endirib.

Federikonun ətrafındakı insanlar futbolçunun rəqibə hücumunun səbəbini “çox ciddi” söhbətin, “ailənin ələ salınması” ilə izah ediblər.

Aut.az

Exit mobile version